Rusiyada "halal" mehmanxanalar olacaq

Rusiyada "halal" mehmanxanalar olacaq
16:13 29 Dekabr 2014
66 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Rusiyada şəriət qaydalarına uyğun xidmət göstərəcək mehmanxanalar olacaq. Trend-in bazar ertəsi TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin mehmanxanalar üçün standartı müəyyənləşdirib.

Mehmanxanalar Beynəlxalq "Halal" Standartlaşdırma və Sertifikasiya Mərkəzinin standartlarına uyğun fəaliyyət göstərəcəklər.

Beynəlxalq "Halal" Standartlaşdırma Mərkəzinin direktoru Aydar Qazizov hesab edir ki, yeni standartlar Rusiyada turizmin inkişafına kömək edəcək: "Cənub-şərqi, Asiya, Çin və müsəlman ölkələrindən turist axınının artdığını nəzərə alsaq, bu, turizmin inkişafına kömək edəcək".

O qeyd edib ki, mehmanxanalara "ulduzlar" yerinə "aylar" veriləcək.

"Halal" mehmanxanalarda qida qaydalarına xüsusi diqqət yetiriləcək. Ramazan ayında burada sahur etmək və iftar açmaq mümkün olacaq, nömrələrdə namaz üçün xalça, dəstəmaz üçün səhəng olacaq.

Mehmanxalarda qadınlar və kişilər üçün ayrıca istiharət məkanları da təşkil ediləcək.

Hazırda Rusiyada qonaqları şəriət normalarına uyğun qəbul edən və "halal" adına iddia edən 3 hotel var, bunlardan ikisi Tatarıstanda, biri isə Moskvada yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2348662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR