Mədəniyyət və Turizm Nazirliyi və AZAL  arasında işçi qrupu yaradılıb

Mədəniyyət və Turizm Nazirliyi və AZAL  arasında işçi qrupu yaradılıb
13:48 12 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arasında danışıqlar aparılıb, ortaq fəaliyyətə dair işçi qrup yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun ilk toplantısında bir sıra məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə olunub. Bu məsələlərə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliğinin aparılması; bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və AZAL-ın ortaq milli stendlə iştirakının həyata keçirilməsi; hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə; gələn ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirilməsi; hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılması daxildir.
Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib.
Yaxın müddətdə 2016-cı il üçün Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planın həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyi_ve_AZAL_arasinda_ischi_qrupu_yaradilib-901336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR