“Gələcək Naminə” bilik yarışında qalib gələn komandaları mükafatlandırıb

“Gələcək Naminə” bilik yarışında qalib gələn komandaları mükafatlandırıb
13:54 12 Noyabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir.

 

Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində Ağcabədi rayonunda gənclərin iştirakı ilə bilik yarışlarının keçirilməsi yekunlaşıb. 

 

Qeyd edək ki, Ağcabədidə indiyədək keçirilən intellektual bilik yarışlarında rayonun 8 saylı məktəbinin “Gənc istedadlar”, “Qalib mənəm” komandaları, 2 saylı məktəbin “Müvəffəqiyyət” və “Xəmsə” komandaları, 7 saylı və 11 saylı məktəblərin “Dəniz”, “Uran”, “Zirvə” və “Şahin” komandaları, 6 və 12 saylı məktəblərin “Şimşək”, “Konus”, “Günəş” və “Zəfər” komandaları yarışıblar. Yarışlar məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olub. Qalib komandalar finala vəsiqə qazanıblar.

 

Final yarışı Ağcabədi rayonunun 3 saylı məktəb liseyində keçirilib. Finalda rayonun 2 saylı məktəbinin “Müvəffəqiyyət”, 7 saylı məktəbin “Zirvə”, 1 saylı məktəbin “Şahin” və 12 saylı məktəbin “Zəfər” komandaları yarışıblar. Maraqlı və gərgin keçən intellektual bilik yarışında 2 saylı məktəbin “Müvəffəqiyyət” komandası qalib olub.

 

Sonda qalib komandalar mükafatlandırılıblar.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR