Bu gün Osloda “Avro-2016”nın play-off mərhələsinə start veriləcək

Bu gün Osloda “Avro-2016”nın play-off mərhələsinə start veriləcək
13:58 12 Noyabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə “Avro-2016”nın play-off mərhələsinin oyunlarına start veriləcək. Milli komandamızın mübarizə apardığı “H” qrupundan yaxşı tanıdığımız Norveç millisi Osloda Macarıstan futbolçularını qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər Norveç komandasını favorit hesab edirlər. Millimizin yer aldığı qrupda güclü İtaliya və Xorvatiya yığmalarına qalib gələn Skandinaviya təmsilçisinin Macarıstan ilə oyunda elə də çətinlik çəkməyəcəyi ehtimal edilir. Lakin Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo bu fikirlə razı deyil. O bildirib: İlk oyunu səfərdə keçirsəydik daha yaxşı olardı. Buna baxmayaraq, hər iki qarşılaşmaya ciddi hazırlaşmışıq. Rəqibin bütün oyunlarını izləmişəm. Kifayət qədər təhlükəli futbolçuları var. Düzdür, son oyunlarda biz məğlubiyyətin nə olduğunu bilmirdik. Buna görə də favorit göstərilməyimiz təbii qarşılanmalıdır. Azarkeşlərimizin ümidini doğrultmağa çalışacağıq”.
Macarıstan komandası Norveçə iddialı gəlib. Millinin baş məşqçisi Pal Dardaini deyib: “Norveç futbolu son dövrdə inkişafdadır. Lakin bu, bizi qətiyyən qorxutmur. Futbolçularımıza güvənirəm. İnanıram ki, onlar uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. Belə oyunlarda az səhv edən komanda qalib gəlir. Cavab oyunu üçün Oslodan sərfəli nəticə ilə qayıtmalıyıq. “Avro-2016”ya vəsiqənin sahibi Budapeştdəki oyundan sonra müəyyənləşəcək”.
“Norveç” – “Macarıstan” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Osloda_Avro_2016nin_play_off_merhelesine_start_verilecek-901340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR