Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik gürcü dili üzrə mütəxəssis axtarır

Nazirlik gürcü dili üzrə mütəxəssis axtarır

Date: 12 November 2015 14:03

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bəzi dərsliklərin gürcü dilinə tərcüməsinin keyfiyyətinin eskpertiziasını aparmaqdan üçün gürcü dili üzrə mütəxəssis axtarır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası aparılacaq.

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq.

Xidmət üzrə tələb olunan mütəxəssis seçimi zamanı müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara, pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Nazirlik gürcü dili üzrə mütəxəssis axtarır

RƏYLƏR


Top news