Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavanlaşdıran, gözəlləşdirən maskalar

Cavanlaşdıran, gözəlləşdirən maskalar

Date: 12 November 2015 14:05

Kartof nişastası dəriyə müsbət təsir edir.

Milli.Az big.az-a istinadən kartof nişastasının orqanizmə və dəriyə müsbət təsiri haqqında məlumatları təqdim edir:

Nişasta xalq təbabətində müxtəlif dəri xəstəlikləri, allergiyalar, travmalar, yanıqlar zamanı müalicəvi vasitə kimi, həm də çox təsirlikosmetik vasitə kimi istifadə olunur.

- Qaşınma ilə müşayiət olunan müxtəlif dəri xəstəlikləri (dermatit, ekzema və s.) zamanı nişasta əlavə olunmuş vannalar çox yaxşı effekt verir - qaşınmanı azaldır, dərini sakitləşdirir. Bunun üçün 1/2 kq nişasta 2 l ilıq suda həll olunur, yaxşı qarışdırılır və vannaya tökülür.

- Körpələrdə bişməcələr zamanı nişasta təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Körpələri çimizdirdikdə vannaya nişasta əlavə etmək və ya nişastanı səpmə dərman kimi ("prisıpka") istifadə etmək olar.

- Yanıqlar zamanı da nişasta müalicəvi vasitə kimi istifadə olunur. Nişastadan istifadə edilməsi sağalmanı tezləşdirir, dəridə çapıqların əmələ gəlməsinin qarşısını alır. Nişastanı az miqdarda su ilə qarışdırın (qatı sıyıq kimi alınmalıdır) və yanmış dəriyə çəkin. 15-20 dəqiqədən sonra dərini su ilə yaxşı yuyun.

Həmçinin yanıqlar zamanı nişastanı soda ilə qarışdırın (1:1 nisbətində) və yanmış dəriyə səpin.

- Kartof nişastası qanaxmanı tez kəsir. Yaraya nişasta tökəndə qanaxma dərhal kəsilir. Adi sarıq istifadə etdikdə isə qanaxma bir neçə dəqiqə ərzində davam edir. Bundan əlavə nişasta yaraların daha tez sağalmasına kömək edir və həmçinin dəridə çapıqların əmələ gəlməsinin qarşısını alır.

- Kartof nişastası əl və ayaq dərisinin yumşaldır, dəridə çatları sağaldır. Bunun üçün nişastanı əl və ayaq vannalarına əlavə etmək lazımdır. 1-2 xörək qaşığı nişasta 1 stəkan ilıq suda həll olunur və vannaya əlavə olunur. Vannanı 15 dəqiqə ərzində edin və sonra dəriyə istənilən yağlı krem çəkin. Ayaq vannasından sonra dərini əvvəl xüsusi şotka ilə ölü hüceyrələrdən təmizləyin və sonra istənilən yağlı krem çəkin.

- Nişasta üz dərisi üçün də çox xeyirlidir - dərini yumşaldır, ağardır, daha hamar edir, rəngini yaxşılaşdırır, artıq yağlılığı azaldır, cavanlaşdırır, kiçik qırışları yox edir. Belə maskaları istənilən dəri tipi (yağlı, quru, həssas) üçün istifadə etmək olar.

Üz dərisi üçün belə maskaları hazırlamaq olar:

- İstənilən dəri tipi üçün ağardıcı maska: 1 çay qaşığı nişasta, 1/2 limonun şirəsi, 1 yumurtanın ağı yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

- Quru dəri üçün: 1 xörək qaşığı nişasta 1 xörək qaşığı süd və 1/2 çay qaşığı gənəgərçək yağı ilə yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun.

- Dərini cavanlaşdıran maska-lifting: 1 xörək qaşığı nişasta, 1/2 çay qaşığı ərik yağı, 2 kapsul "aevit" (apteklərdə satılır), bir az süd (maska qatı sıyıq kimi alınmalıdır) qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Milli.Az


Tags:  Cavanlaşdıran gözəlləşdirən maskalar

RƏYLƏR


Top news