Mübadilə məntəqələri xarici valyutanın satışını artırıb

Mübadilə məntəqələri xarici valyutanın satışını artırıb
14:12 12 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.1 dəfə artıb.

Ümumilikdə isə 2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

9 ay ərzində Azərbaycanın valyuta bazarında dolların dövriyyəsi 54,085 milyard dollar, avronun dövriyyəsi isə 5,040 milyard avro təşkil edib.

Cari ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61.7% artıb.

Nağd xarici valyutaya tələbin artması əsasən I rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63%-i, avronun isə 38%-i I rübdə satılıb.

Bunun nəticəsində cari ilin 6 ayında AMB dolların satışını, iyul-sentyabr aylarında isə alışını həyata keçirib.

Hesabat dövründə manatın real effektiv məzənnəsi (qeyri-neft ticarət çəkili) 15% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 12.1% ucuzlaşması hesabına baş verib.

Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/381914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR