Qalmaqal: Bakıda tarixi abidə 1 milyon dollara satılır - FOTO

Qalmaqal: Bakıda tarixi abidə 1 milyon dollara satılır - FOTO
14:22 12 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda, Zərgərpalan küçəsində "Hacıqurban Aşurov hamamı" deyilən tarixi bina kommersiya obyekti kimi istifadə olunur.

Həmin bina indi satışa çıxarılıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, binanın divarında belə lövhə var: "Mədəniyyət və Turizm Nazirliyi. Yerli əhəmiyyətli memarlıq abidəsi. Hacıqurban Aşurov hamamı. Abidə dövlət tərəfindən qorunur".
"Obyekt"in sahibi Moskvadadır. Binadakı dükanda satıcı işləyən qadının dediyinə görə, bu yaxınlarda tanımadığı insanlar gələrək divara lövhəni vurublar.

Binanın divarına yazılmış nömrəyə zəng vurduqda isə bəlli oldu ki, köhnə hamamın binası özəlləşdirilib və satışa çıxarılıb. Bina əvvəllər 1 milyon dollara satışa çıxarılsa da, indiki qiyməti bəlli deyil.
Mədəniyyət və Turizm Nazirliyinin Tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsindən verilən məlumata görə, yerli əhəmiyyətli abidələrin satışı yalnız nazirliyin müvafiq icazəsindən sonra mümkündür.

"Belə abidəni özəlləşdirmiş insanlar onu satışa çıxarmazdan əvvəl mütləq icazə üçün nazirliyə müraciət etməlidirlər. Bəhs olunan obyektə gəldikdə isə o, yerli səviyyəli memarlıq abidəsidir. Əgər obyektin sahibi binanı satmaq fikrinə düşübsə, nazirlikdən icazə almalı idi. Olayı araşdıracağıq", - şöbədən verilən açıqlamada deyildi.
 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR