​Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

​Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb
14:27 12 Noyabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Seçki Komissiyası Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərinin rəsmi nəticələri açıqlayıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərdə bildirilib ki, 56 milyon 949 min 9 seçici qeydə alıb. Onların 48 milyon 537 min 695-i (seçicilərin ümumi sayının 85,23 ) səsvermədə iştirak edib.
Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.
Məlumata görə,seçkilərin rəsmi nəticələri elan olunduqdan 5 gün sonra millət vəkilləri and içəcək. Bunun ardınca parlamentə sədr seçiləcək. noyabrın 23-də TBMM-yə sədr seçiləcəyi gözlənilir.
Sədr seçkisindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin formalaşdırlması üçün müvvəqqəti hökumətin başçısı Əhməd Davudoğluna tapşırıq verəcək.
Ölkə Konstitusiyasın əsasən, yeni Nazirlər Kabineti 45 gün ərzində formalaşdırlmalıdır.
Qeyd edək ki, bu il iyunun 7-də parlamentə keçirilən seçkidə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-parlament-seckilerinin-resmi-neticeleri-aciqlan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR