7 mindən çox döyüşçü İŞİD-ə qarşı mübarizəyə qalxdı

7 mindən çox döyüşçü İŞİD-ə qarşı mübarizəyə qalxdı
14:31 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

İraqın şimalında yaşayan kürdlər İŞİD -ə qarşı böyük üsyana başlayıblar. Onlar terror qruplaşmasının mövqelərinə ağır silahlarla hücum edirlər.

ANS PRESS-in məlumatına görə, hücumun əsas məqsədi İraqın şimalında yerləşən Səncər şəhəri üzərində nəzarəti bərpa etməkdir.

Kürd komandanlığının məlumatına görə, hücum ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviazərbələrinin dəstəyi ilə təşkil edilib. Döyüşlərdə 7 mindən çox döyüşçü iştirak edir.

Səncər 2014-cü ilin avqustunda İŞİD silahlıları tərəfindən ələ keçirilib. Həmin vaxtdan bəri 10 mindən çox yezidi kürd şəhərdən qaçıb. Şəhər sakinlərinin əksəriyyəti yolda terrorçular tərəfindən öldürülüb.

Bu şəhər Suriyanın Rakka və İraqın Mosul şəhərlərindən sonra İŞİD-in əsas strateji mərkəzlərindəndir.

Kürdlər şəhəri bir neçə dəfə azad etməyə çalışsalar da, hücumlar hər dəfə uğursuzluqla nəticələnib. Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, kürdlər Səncər şəhərinin azad olunması üçün küçə - küçə vuruşurlar.


Səncər dağından qaçan sakinlər


İraqın digər bölgələrində də bir müddət pişmərgə qüvvələri ilə İŞİD arasında döyüşlər getdi, lakin avqust ayında cihadçılar qəfil həmləyə keçdilər. Peşmərgə çaşqınlıq içində geri çəkildi və əsasən də minlərlə yezidinin sığındığı Səncər dağı və başqa dini azlıqların yaşadığı yerlər cihadçıların əlinə keçdi.

Pişmərgənin məğlubiyyətindən və Səncər dağlarına qaçmış yezidilərin qətliam edilə biləcəyindən narahat olan ABŞ, İraqın şimalını raket atəşinə tutdu və bu ölkəyə hərbi müşavirlər göndərdi. Avropa ölkələri pişmərgə qüvvələrinə silah göndərməyə başladı. YPG və PKK da onların köməyinə gəldi.


Döyüşlərin getdiyi Səncər şəhəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR