Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bacısının başını kəsən qızla bağlı qərar verildi

Bacısının başını kəsən qızla bağlı qərar verildi

Date: 12 November 2015 14:36

"Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il oktyabrın 22-də bacısını qətlə yetirməkdə təqsirli bilinən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən məhkəmənin qərarı ilə Pərvanə Nuriyeva psixoloji problemlərinin aradan qaldırılması məqsədi ilə müayinəsini məcburi şəkildə davam etdirməsi üçün stasionar müəsisələrdən birinə göndəriləcək".

Bu barədə ANS PRESS-ə P. Nuriyevanın hüquqlarını müdafiə edən vəkil Rafiq Quliyev məlumat verib. Onun sözlərinə görə, məhkəmənin belə bir qərar verməsinə səbəb Nuriyevanın hazırda şüurlu vəziyyətdə olmamasıdır:

"Məhkəmə qərar verdi ki, Pərvanə tam sağalana qədər ruhi əsəb dispanserlərindən birində müayinəsini davam etdirsin. Müayinə nə zaman başa çatsa, həkimlər nə zaman onun psixi problemlərinin aradan qalxdığına rəy versələr proseslər yenidən qapalı keçiriləcək. Hazırda isə qətli törədən şəxs hadisələri qavraya bilmir. Verilən qərar 20 gün ərzində qanunu qüvvəyə minəcək və Pərvanə ondan sonra müəsisələrdən birinə yerləşdiriləcək".



Oktyabr ayının 15-də bacısının başını kəsən P. Nuriyevanın məhkəməsinin qapalı keçirilməsi ilə bağlı qızların atası Etibar Nuriyev məhkəməyə müraciət edib. Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib. Hakim məhkəmənin qərarını elan edəndə Pərvanə Nuriyevanın qətli anlaqsız vəziyyətdə törətdiyini vurğulayıb.

Pərvanə Nuriyevanın cinayət işi üzrə istintaq oktyabr ayının 9-u yekunlaşmış və cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Eldar İsmayılovun icraatına verilmişdi.

Qətl hadisəsi ötən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18, bina 1 “a”, mənzil 39-da baş verib. 20 yaşlı Günel Nuriyevanın başını bacısı Pərvanə Nuriyeva kəsmişdi. Hadisədən bir gün sonra isə polislər onun özünü şübhəli apardığını görərək dindirmişdilər. İlkin dindirilmə zamanı qız öz bacısını öldürdüyünü boynuna almasa da daha sonra etiraf etmişdi.


Pərvanə Nuriyeva- bacısının başını kəsən qız

Tags:  Bacısının başını kəsən qızla bağlı qərar verildi

RƏYLƏR


Top news