Nizami Kino Mərkəzində yerli filmlərin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində yerli filmlərin nümayişinə başlanılıb
14:43 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-dən Nizami Kino Mərkəzində Çili və ABŞ- ın “Kimdir orada”, ABŞ-ın “Şef. Adam Cons”, Rusiyanın “Tərcüməçi ”, Türkiyənin “Cin kuyusu” və milli kinematoqrafçıların istehsalı olan “İki tüstü” filmlərinin nümayişi başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kimdir orada ” trillerinin rejissoru və ssenari müəllifi Eli Rotdur. Baş rollarda Kianu Rivz, Lorentsa İzzo, Aaron Barns, İqnasiya Allamand, Den Beyli, Meqan Beyli, Kollin Kemp, Antonio çəkiliblər.
“Şef. Adam Cons” filmini Stiven Naytın ssenarisi əsasında rejissor Con Uells dramatik komediya janrında çəkib. Rolları Bredli Kuper, Sienna Miller, Omar Si, Daniel Brül, Rikkardo Skamarçio, Uma Turman, Emma Tompson, Sem Kili, Qenri Qudman və Metyu Riz oynayıb.
Kriminal dram janrında çəkilən “Tərcüməçi” filminin rejissoru Aleksey Nujnıy, ssenari müəllifi Nikolay Kovbasdır. Rollarda Leonid Yarmolnik, Aleksandr İlyin (oğul), Mariya Andreeva, Dmitri Astraxan, Semen Treskunov, Luiza –Qabriella Brovina, Klara Laqo, Mixail Şamiqulov, Stanislav Dujnikov, Elena Plaksina çəkiliblər.
AF Media–Azərbaycan şirkətinin təqdim etdiyi “Cin kuyusu” qorxu filminin rejissoru Murad Toktamışoğludur. Film uşaqları olmayan bir ailənin baxıcı yanına gedəndən sonra başlarına gələn hadisələrdən bəhs edir. Baş rolları Sinem Sarızayim, Zeynep Buse Kale, Beril Özgür, Cemal Baykal, Asi Güner, Emre Korkmaz ve Kubilay Güleçoğlu oynayıblar.
Yeni milli filmlər sırasına daxil olan “İki tüstü” kriminal komediya filminin rejissoru Əli-Səttar Quliyevdir. Filmdə Nəriman Abdul-Əliyev, Diana Babayeva, Səməndər Rzayev, Tamilla Alverdiyeva, Həcər Ələkbərova, Vüsal Haci-Qədir, Elsevər Mehdizadə və başqaları çəkiliblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinde_yerli_filmlerin_numayisine_baslanilib-901357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR