Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçıları Avropa çempionatında yarışacaq

Azərbaycan şahmatçıları Avropa çempionatında yarışacaq

Date: 12 November 2015 14:52

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-də İslandiyanın paytaxtı Reykyavik şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, on günədək davam edəcək yarışda Azərbaycanı həm kişi, həm də qadınlardan ibarət yığma komandalar təmsil edəcək.
Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət heyətdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç yer alıb. Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva olacaq.
Çempionatda birincilik uğurunda 66 komanda mübarizə aparacaq. Bunlardan 36-sı kişi, 30-u isə qadınlardan ibarət olacaq. Hər komandada 4 əsas və bir ehtiyat zəka sahibi yer alacaq. Yarışlar 13 - 17 və 19 - 22 noyabrda keçiriləcək. Noyabrın 18-də isə yarış iştirakçılarına istirahət veriləcək.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçiriləcək.

Tags:  Azərbaycan şahmatçıları Avropa çempionatında yarışacaq

RƏYLƏR


Top news