“Elektron hökumət” portalına giriş sadələşdirilir

“Elektron hökumət” portalına giriş sadələşdirilir
14:53 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Dövlət qurumlarının elektron xidmətlərinin “bir pəncərə” prinsipi ilə tətbiq edilən ”Elektron hökumət” portalından istifadə etmək üçün e-imza kartı, “ASAN imza”, eləcə də vətəndaşa verilmiş kod, mobil autentifikasiya sertifikatı və smartfon ilə daxil olmaq imkanları yaradılıb. Bu günlərdə isə portalın operatoru olan Məlumat Hesablama Mərkəzi tərəfindən yeni autentifikasiya vasitəsi istifadəyə verilib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların portaldan istifadəsini asanlaşdırmaq və sadələşdirmək məqsədilə tətbiq olunan “E-gov identity” identifikasiya vasitəsi sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə Fərdi identifikasiya nömrəsini tanıma rolunu oynayır.
“E-gov identity”ni aktivləşdirmək üçün, sadəcə, “Elektron hökumət” portalına daxil olmaq və nəzərdə tutulmuş xidmətdən yararlanmaq kifayətdir. Bunun üçün portala giriş etmək, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olan mobil telefon nömrəsini fəallaşdırmaq vasitəsilə xidmətə qoşmaq lazımdır. Vətəndaşın adına təyin edilmiş mobil telefon nömrəsinə yalnız bir ədəd fərdi identifikasiya nömrəsi qoşmaq mümkündür.
Yeni sistemin üstünlüyü budur ki, vətəndaşlar heç bir müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək, sonradan istər “E-hökumət” portalına, istərsə də digər xidmətin inteqrasiya edilən portallarına daxil ola biləcəklər. Portala daxil olan vətəndaş hazırlanmış interfeysdən istifadə edərək adına olan mobil telefon nömrəsini Fərdi indentifikasiya nömrəsinə (FİN) qoşaraq prosesi tamamlayacaq.
Təyin olunmuş identifikasiya kodu əldə ediləndən sonra vətəndaş “e-gov identity” vasitəsilə identifikasiya olunan bütün sistemlərdən rahat istifadə edə biləcək. Yeni sistemin istifadəyə verilməsinin “Elektron hökumət” portalına girişi daha da sadələşdirəcəyi və elektron xidmətlərdən istifadə edənlərin sayının artımına təsir göstərəcəyi gözlənilir.
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 455 elektron xidmətdən 340-ı artıq “Elektron hökumət” portalına inteqrasiya olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_hokumet_portalina_giris_sadelesdirilir-901362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR