​ABŞ səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir"

​ABŞ səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir"
15:02 12 Noyabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Riçard Millz bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün görüşməyə razılıq veriblər.
"ABŞ ümidvardır ki, prezidentlər qoşunların təmas xəttində gərginliyin azaldılması məsələsini, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təqdim olunacaq təklifləri müzakirə və qəbul edəcəklər", - R.Millz vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/abs-sefiri-azerbaycan-ve-ermenistan-prezidentleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR