Mişel Platini FİFA-nın prezident seçkilərinə buraxılmayıb

15:08 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
FİFA prezident seçkisində iştirak edəcək namizədlərin yekun və yeni siyahisini ictimaiyyətə açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda beş namizədin adı yer alır. Ali futbol qurumunun siyahısına bu posta favorit namizəd sayılan UEFA prezidenti Mişel Platininin adı salınmayıb.
Xatirladaq ki, oktyabrın əvvəlində Platini FİFA prezidenti Yozef Blatterdən qanunsuz iki milyon İsveçrə frankı alması şübhəsi ilə müvəqqəti tutduğu vəzifədən kənarlaşdırılıb. Analoji cəza FİFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatterə də şamil edilib. Eyni zamanda, seçki komissiyasının qərarı ilə Liberiya Futbol Assosiyasiyasının prezidenti Musa Hassan Bilitinin də namizədliyinə qadağa qoyulub. Hazirda 2016-cı ilin fevralın 26-da baş tutacaq seçkidə prezidentliyə namizəd olan şəxslər burlardır: İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Həlifə, FİFA-nın sabiq baş katibi Jerom Şampan, UEFA-nın baş katibi Canni İnfantino və iş adamı Tokio Seksvale.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misel_Platini_FIFA_nin_prezident_sechkilerine_buraxilmayib-901370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR