Gəncə “ASAN xidmət” mərkəzində vətəndaşlara “Azəriqaz” İB-nin xidmətləri də təklif olunur

Gəncə “ASAN xidmət” mərkəzində vətəndaşlara “Azəriqaz” İB-nin xidmətləri də təklif olunur
15:08 12 Noyabr 2015
103 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 12 noyabr, AZƏRTAC
Gəncə “ASAN xidmət” mərkəzində “Azəriqaz” İstehsalat Birliyinin funksional xidmətlərinə başlanılıb. Qısa vaxt ərzində mərkəzdə 100-dən artıq vətəndaşın müraciətinə baxılıb.
Mərkəzin direktoru Elnur Rzayev AZƏRTAC-a deyib ki, bu xidmət növünə itirilmiş smart kartın bərpası, saldoların çap olunması və borc haqqında məlumat verilməsi, qeydiyyatda olan məcburi köçkün abonentlərə limitlərin verilməsi, smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi, smart tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi, mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması, provayder vasitəsi ilə həyata keçirilən qüsurlu ödənişin bərpa edilməsi, yeni qazlaşma haqqında məlumatların verilməsi və məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu aiddir.
Xidmətlərdən yalnız birinə - itirilmiş kartın bərpası üçün 5 AZN dəyərində dövlət rüsumu tələb olunur. Digər xidmətlər isə ödənişsizdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gence_ASAN_xidmet_merkezinde_vetendaslara_Azeriqaz_IB_nin_xidmetleri_de_teklif_olunur-901369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR