Superlüks malikanə 159 milyona satıldı - FOTO

Superlüks malikanə 159 milyona satıldı - FOTO
15:17 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən bahalı malikanəsi dünən 159 milyon dollara satılıb.
Florida ştatındakı Hillsboro-Biç şəhərində yerləşən superlüks, daxili məkanlarının ümumi sahəsi 5620 m2 olan malikanə 2014-cü ildə 139 milyon dollara satışa çıxarılmışdı.

Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, Versal sarayının bənzəri olan, okean sahilində yerləşən "Le Palais Royal"da 11 yataq otağı və 6 süni şəlalə var. Malikənin daxili pilləkəni 2 milyon dollara başa gəlib. Əsas pilləkən isə qızılla bəzədilib və 3 milyon dollar dəyərindədir.
Malikanənin inşası hələ davam edir və tikinti işləri iki il sonra başa çatacaq.
Malikanədə 30 avtomobillik yeraltı qaraj, 3 min şərab butulkası üçün anbar, 1300 litrlik akvarium, 18 yerlik İMAX kinoteatrı var.
"Le Palais Royal" malikanəsinin sahibi Massaçusetsdəki "Middlesex" tikinti korporasiyasının sahibi Robert Pereyra idi.
 

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR