Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Platini seçkilərə buraxılmır (FOTO)

Platini seçkilərə buraxılmır (FOTO)

Date: 12 November 2015 15:26

UEFA prezidenti Mişel Platini FİFA prezidentinin müəyyən olunacağı seçkilərə buraxılmır.

ANS PRESS-in məlumatına görə, FİFA qurumun prezidentliyinə namizədlərinin siyahısının açıqlayıb və siyahıda Platininin adı yer almayıb.

Ancaq Platininin namizədliyinə 90 günlük cəza bitdikdən sonra baxıla bilər. Platini ilə yanaşı namizədliyini irəli sürən Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitinin adı da siyahıda yer almayıb.

Hər iki futbol funksionerləri bu qərarla bağlı Lozannada yerləşən idman arbitraj məhkəməsinə şikayət edə bilərlər.

Amma rəsmi olaraq prezident seçkilərində hələ ki, UEFA-nın baş katibi Canni İnfantino, FİFA baş katibinin keçmiş muavini Jerom Şampan, Asiya futbol konfederasiyasının rəhbəri şeyx Salman bin İbrahim Əl -Həlifə, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseyn, cənubi afrikalı Tokio Sevalenin mübarizə aparmasına icazə verilib.


Canni İnfantino - UEFA-nın baş katibi

FİFA prezidenti Yozef Blatterlə yanaşı UEFA prezidenti Mişel Platinin də səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayət işi açıb.


Əli Bin Əl Hüseyn - İordaniya şahzadəsi

Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platininin hesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.



Mişel Platini - UEFA prezidenti

Tags:  Platini seçkilərə buraxılmır FOTO

RƏYLƏR


Top news