Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda dava: Oğlan gənc qızı döydü

Bakı metrosunda dava: Oğlan gənc qızı döydü

Məktəbli oğlan qız sinif yoldaşını amansızlıqla döydü (11 Mart 2017 21:34)
Bakı metrosunda görünməmiş hadisə (11 Mart 2017 14:19)
Türkiyədə 19 yaşlı gənc nənəsini öldürdü (07 Mart 2017 16:11)

Tarix: 12 Noyabr 2015 15:32

Bu günorta saat 13 radələrində Bakı metrosunun Elmlər Akademiyası stansiyasında insident baş verib.

Milli.Az xəbər verir ki, cebhe.info-nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, insident gənc qızla oğlan arasında baş verib.

Sərnişin sıxlığı səbəbindən qatardan düşmək çətinləşib və gənc qız ona yol verməyən oğlandan kənara çəkilməyi xahiş edib.

Ancaq oğlanın əsəbi reaksiyası ilə qarşılaşıb. Bundan sonra oğlan hətta qıza hücum edərək ona şillə vurub. Qatar bələdçisi və perrondakı sərnişinlər dalaşan gəncləri ayırıb.

Qız isə onu vuran oğlandan şikayətçi olacağını bildirib.

Milli.Az


Teqlər:  Bakı metrosunda dava Oğlan gənc qızı döydü



RƏYLƏR


Top xəbərlər