Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edib

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edib

Date: 12 November 2015 15:32

Bakı. 12 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edib. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
Həmsədrlər iclas iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı durumu barədə məlumat verib və Ermənistan-Azərbaycan sərhəd xəttində ağır silahlardan istifadə ilə bağlı narahatlığını bildirib.
Qeyd edək ki, vasitəçilər daha öncə Almaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.

Tags:  Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edib


RƏYLƏR


Top news