Yanğın hadisələri zamanı düzgün davranış qaydaları müzakirə olunub

Yanğın hadisələri zamanı düzgün davranış qaydaları müzakirə olunub
15:48 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi “Qazax rayonu üzrə yanğınların profilaktikasında, yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Dövlət Yanğından Mühafizə Hissəsinin, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və ziyalılar iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini və fövqəladə hallar komissiyasının sədri Fərman Nağdalıyev yanğınların qarşısının alınması məqsədilə keçirilən müşavirənin əhəmiyyəti, yanğınların qarşısının alınması istiqamətində görülən tədbirlər, qarşıda duran vəzifələr barədə çıxış edib.
Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Abdal Aşurov əkin sahələrində, şəxsi təsərrüfatlarda baş vermiş yanğınların söndürülməsi sahəsində görülən işlər haqqında məlumat verib, müxtəlif yanğın hadisələrini təhlil edib.
Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları isə qarşıdan qış aylarının gəlməsi ilə əlaqədar qaz və elektrik cihazlarından düzgün istifadə qaydaları, kustar üsulla hazırlanmış cihazların təhlükəli olması, məktəblərdə, səhiyyə ocaqlarında görülən yanğın təhlükəsizliyi tədbirlərindən danışıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yangin_hadiseleri_zamani_duzgun_davranis_qaydalari_muzakire_olunub-901391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR