Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Nuh yurdu” intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçirilib

“Nuh yurdu” intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçirilib

Date: 12 November 2015 15:48


Naxçıvan, 12 noyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçirilib. Birincilik Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev intellektual oyunun qaydaları və məqsədi barədə danışıblar.
Bildirilib ki, məqsəd Azərbaycanın, o cümlədən onun Naxçıvan Muxtar Respublikasının zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Səkkiz komandanın iştirak etdiyi intellektual oyun 3 mərhələdən, hər mərhələ isə beş raunddan ibarət olub.
Gərgin keçən mübarizə nəticəsində I yerə “Nuh yurdu”, II yerə “Əlincə”, III yerə isə “Nuh diyarı” komandaları layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar ilə mükafatlandırılıb.
Qeyd edək ki, I yerin qalibi olan “Nuh yurdu” komandası Naxçıvan Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.


Tags:  Nuh yurdu intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçirilib



RƏYLƏR


Top news