Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

Date: 12 November 2015 15:52

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Mirzəyev, Vüsal Musayev və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü il E.Musayev 9 il müddətə azadlıq məhrum edilib. O, məhkəmə zalında həbs edilib. V.Musayev və Z.İsayev barəsində isə 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, istintaq zamanı şərti azadlıqda olan hər üç şəxs saxta sənədlərlə ev alqı-satqısı ilə məşğul olublar. Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Tags:  Dələduzluqda ittiham olunan şəxs məhkəmə zalında həbs edilib

RƏYLƏR


Top news