Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

FHN itkin düşmüş balıqçılarla bağlı axtarışları dayandırıb

FHN itkin düşmüş balıqçılarla bağlı axtarışları dayandırıb

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi (24 Mart 2017 11:32)
Çində balıqçılarla dolu qayıq batdı (19 Mart 2017 13:17)
Bakıda məktəbli qız itkin düşdü (14 Mart 2017 11:03)

Tarix: 12 Noyabr 2015 15:53

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşmüş balıqçılardan birinin axtarışı dayandırılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

Nazirlikdən, həmçinin bu gün İlqar Daşdəmirovun meyitinin tapılmasına aydınlıq gətiriblər: “Helikopterlərimiz itən şəxsləri bir neçə gün axtardı. Araşdırma uzun müddət davam etdi, amma meyitlər tapılmadığından axtarış dayandırıldı. Xəzərin ərazisi kiçik deyil ki, dalğıclar bütün dənizi axtara bilsinlər. İtikin düşmüş şəxslərdən ikincisinin də cəsədi sahilə çıxıb”.

Qeyd edək ki, noyabrın 4-də itkin düşmüş üç balıqçının axtarışlarına bir helikopter və FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları cəlb olunmuşdu. İ.Daşdəmirovun meyiti bu gün səhər saatlarında tapılıb.

İtkin düşən balıqçılardan birinin - Həmzə Nurəddinovun meyiti ötən həftə tapılmışdı. Laçın Laçınovun cəsədi isə hələ tapılmayıb.

H.Nurəddinov və L.Laçınov rayonun Tikanoba, İ.Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  FHN itkin düşmüş balıqçılarla bağlı axtarışları dayandırıb



RƏYLƏR


Top xəbərlər