Ağcabədi, 12 noyabr, AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində azyaşlı uşaqların ictimaiyyətə alışması, onların kortəbii surətdə üz tutduqları əyləncə vasitələrindən ayrılaraq, estetik hisslər tərbiyə edən sahələrə yönəldilməsi, tamaşaçı kimi yetişməsi məqsədilə cizgi filmlərinin nümayişinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də şəhər 5 saylı məktəbəqədər təhsil müəssisəsinin uşaqları üçün Mərkəzdə “Tıq-tıq xanımın nağılı” və “Tural və Zəri” cizgi filmləri nümayiş etdirilib. Uşaqlar burada, həmçinin şeirlər söyləyib, mahnılar oxuyublar.
Qeyd edək ki, Mərkəzdə uşaqların dünya görüşlərinin artırılmasına xidmət edən, humanist hisslər aşılayan cizgi filmlərinin nümayişi nəzərdə tutulub.