Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış ediblər

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış ediblər

Nalbandyan amerikalı həmsədrlə Qarabağı müzakirə etdi (25 Mart 2017 11:12)
Prezident: "Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir" (16 Mart 2017 12:18)
"Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz" - Fransa prezidenti (15 Mart 2017 10:14)

Tarix: 12 Noyabr 2015 16:08

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Yelena Kosolapova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Vyanada ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış ediblər.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl həmsədrlər Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək. İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış ediblər



RƏYLƏR


Top xəbərlər