Milli Konstitusiyamız hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatçısıdır

Milli Konstitusiyamız hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatçısıdır
16:08 12 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 12 noyabr, AZƏRTAC
İlk milli Konstitusiyamızın qəbulundan 20 il keçir. Əsas Qanunumuz dilindən, dinindən və irqindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Konstitusiya Günü münasibətilə Gəncə Dövlət Universitetində (GDU) keçirilən “Milli Konstitusiyamız vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransda universitetin prorektoru Asif Cavadov, tarix kafedrasının dosentləri Cavid Bağırzadə və Hüseyn Bəxtiyarov məruzələrlə çıxış edərək, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızın müstəqil respublikamızın inkişafında oynadığı roldan, onun qəbul olunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Diqqətə çatdırıblar ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış 12 fəsil, 5 bölmə və 158 maddədən ibarət olan Konstitusiyamız bu gün dövlətçiliyimiz tarixində yeni səhifələr açmaqla yanaşı, həm də dünyada ən demokratik Konstitusiya kimi dəyərləndirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Konstitusiyamiz_her_bir_Azerbaycan_vetendasinin_huquq_ve_azadliqlarinin_teminatchisidir-901397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR