PA rəsmisi: “Qarabağ münaqişəsi təhlükəsizliyə maneədir" (VİDEO)

PA rəsmisi: “Qarabağ münaqişəsi təhlükəsizliyə maneədir" (VİDEO)
16:11 12 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda, o cümlədən dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına maneə törədir. Bu münaqişənin mövcudluğu dünyada qarşıdurmalara, terrora, zorakılığa əsas yaradır”.

ANS TV-nin məlumatına görə, bunu prezidentin İcitmai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ombudsmanların 13-cü beynəlxalq konfrasında çıxışında söyləyib. Prezidentin köməkçisi Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğal etməsi, Xocalı kimi qətliam törətməsi, bütün bunlara baxmayaraq münaqişənin həlli ilə bağlı BMT qətnamənin icra olunmamasına diqqət çəkib.

Əli Həsənov onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi demokratiyanın inkişafi, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin həyata keçirilməsi təmin olunmayana qədər bu münaqişə davam edəcək. Bu isə o deməkdir ki, Cənubi Qafqazda sülhdən, tam təhlükəsizlikdən, əməkdaşlıqdan, insan hüquqları və azadlığından söhbət gedə bilməz”,





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR