Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstandan Ermənistan və Rusiyaya zərbə

Gürcüstandan Ermənistan və Rusiyaya zərbə

Date: 12 November 2015 16:16

Gürcüstan Ermənistana Rusiya silahlarının ölkə ərazisindən daşımasına qadağa qoyub.

ANS PRESS-in məlumatın görə, bu barədə xəbərlər Ermənistan mətbuatında öz əksini tapıb.

"Aykakan jamanak" qəzetinin xəbərinə görə, Rusiyanın Ermənistana satdığı silahları bundan sonra Ermənistana Gürcüstan ərazisindən daşımaq mümküm olmayacaq.

Bu səbəbdən də Rusiyanın satdığı silahları ölkəyə gətirmək üçün uzaq məsafədən keçməli olacaq. Artıq Rusiya bu məqsədlə yeni marşurut tapıb. Satılan silahlar əvvəlcə Qazaxıstan oradan isə İrana göndəriləcək. Daha sonra silahlar İran ərazisindən Ermənistana daxil olacaq.

Məlumata görə, Serj Sarkisyan Gürcüstana səfəri zamanı təbii qaz məsələsi ilə bərabər ölkəsinə silah gətirmək üçün qoyulan qadağanı müzakirə edib.


Gürcüstanın qadağasından əvvəl Rusiyanın Ermənistana silah daşımaq üçün istifadə etdiyi marşurut


Bir müddət əvvəl Rusiya və Ermənistan arasında silah satışına dair yeni müqavilə imzalanıb. Rusiya həmçinin Ermənistana hərbi arsenalını müasir silahlarla təmin etmək üçün 200 milyon dollar kredit verəcək. Rusiya Ermənistana istifadə etmədiyi köhnə silahlarını verməsi barədə də müqavilə imzalanıb. Ermənistana satılan silahlar arasında "İskəndər" raket kompleksi də var.


"İskəndər" raket kompleksi


Noyabrın 6-da Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamədə Ermənistan hökümətinin atdığı silahlarla bağlı təşkilata hesabat vermədiyini bildirmişdi. Parlametarilər Rusiyanı Ermənistana silah satdığına görə, Ermənistanı isə aldığı silahlar barədə məlumat vermədiyi üçün tənqid etmişdilər.

Amma görünür tənqidlər nəticəsiz qalıb. Çünki Rusiya regionu təsir altında saxlamaq üçün Ermənistanı nə yolla olur olsun, silah satmaq niyyətində olduğunu açıq bəyan edir. İqtisadi vəziyyəti heç də ürəkaçan olmayan Rusiya hazırkı vəziyyətində belə minlərlə kilometr məsafə qət etməklə, Ermənistana silah çatdıracaq.


Rusiyanın Ermənistana silah daşıyacağı yeni marşrut

Tags:  Gürcüstandan Ermənistan Rusiyaya zərbə


RƏYLƏR


Top news