​Türkiyənin NTV telekanalının Ankara bürosuna basqın olub

​Türkiyənin NTV telekanalının Ankara bürosuna basqın olub
16:17 12 Noyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyənin NTV telekanalı Ankara bürosunun binasına solyönlü, terrorçu Xalq İnqilab Qurtuluş Cəbhəsi Partiyasının üzvləri basqın edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, 20-yə yaxın adam büronun binasına basqın edərək, əməkdaşlara güc tətbiq ediblər.
Onlar şəhərin Nene Hatun prospektindəki binanın üstünə " G-20, rədd ol! İnqilabçı partiya" yazılmış plakatı asıblar.
Hadisə yerinə gələn polis binaya daxil olaraq, aksiya iştirakçılarından 9 nəfəri tutub. Onlar Ankaradakı təhlükəsizlik şöbəsinə aparılıb.
Qeyd edək ki, Türkiyədə bu təşkilatın fəaliyyəti yasaqlanıb. 
Məlumata görə, bir qrup "Doğan Xəbər Agentliyi"nin (DHA) Türkiyənin Mersin şəhərindəki bürosunun binasına da basqın etmək istəyib. Polis biri qadın olmaqla 6 nəfəri tutub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-ntv-telekanalinin-ankara-burosuna-basqin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR