Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çilidə dünyanın ən böyük teleskopu tikilir

Çilidə dünyanın ən böyük teleskopu tikilir

Date: 12 November 2015 16:18


Bakı, 12 noyabr, AZƏRTAC
Çilinin Atakama səhrasında dünyanın ən böyük teleskopu olacaq "Gigant Magellan Telescope"un (GMT) inşasına başlanılıb.
AZƏRTAC layihənin saytına istinadla xəbər verir ki, 2021-ci ildən fəaliyyətə başlayacaq teleskop vasitəsilə "Habbl" kosmik teleskopu ilə çəkilmiş şəkillərdən 10 dəfə daha dəqiq görüntü almaq mümkün olacaq. Teleskop Las-Kampanas rəsədxanasında yerləşəcək. 2500 metr yüksəklikdə yerləşən teleskop 22 mərtəbəli bina hündürlüyündə olan günbəzlə qorunacaq.
​Cihaz Günəş sistemi xaricində olan qara dəliklər, səma cisimləri və ulduzlar haqqında daha çox informasiya əldə etməyə imkan verəcək. Dəyəri 500 milyon ABŞ dolları olan layihədə ABŞ, Avstraliya, Braziliya, Koreya Respublikası və Çili iştirak edir.

Tags:  Çilidə dünyanın böyük teleskopu tikilir


RƏYLƏR


Top news