Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda festival qalibləri mükafatlandırılıdab

Bakıda festival qalibləri mükafatlandırılıdab

Date: 12 November 2015 16:21

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər xalq teatrları festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İdarədən Axşam.az-a bildirilib ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin daha da səmərəli təşkili, xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə ənənəvi olaraq keçirilir.

Festivala ümumilikdə 13 mədəniyyət müəssisəsindən 14 kollektiv qatılıb. İştirakçılarının ümumi sayı isə 200-ə yaxındır.

Festivala qatılan kollektivlər öz çıxışlarını məhz Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə səhnələşdirilmiş əsərlərdən seçərək tamaşaçılara təqdim ediblər.

Mərasimdə Mərdəkan xalq teatrının 95 illik fəaliyyətini əks etdirən foto-slayd təqdim olunub. Sonra Mərdəkan xalq teatrı Rəhman Əlizadənin “Diqqət başlayıram” əsəri ilə çıxış edib.

Daha sonra qaliblərin adları açıqlanıb. Şüvəlan qəsəbə mədəniyyət evinin xalq kollektivi “Dəli Domrul” tamaşasına görə Qran-pri mükafatını qazanıb. Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan xalq teatrı “Diqqət, başlayıram” tamaşası ilə birinci, H.Abbasov adına mədəniyyət evinin xalq kollektivi “Hacı Qəmbər” tamaşası ilə ikinci, Mərdəkan mədəniyyət sarayının R.Əlizadə adına teatr studiyası “Məlikməmmədin nağılı” tamaşası ilə üçüncü yerə layiq görülüb.

Tədbirdə, həmçinin Bakı şəhər xalq teatrları festivalında fəal iştirakına görə müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları, yaradıcı kollektivlər və dərnəklərə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim olunub.








Tags:  Bakıda festival qalibləri mükafatlandırılıdab


RƏYLƏR


Top news