"Adidas" şirkəti "Avro-2016"nın rəsmi topunu təqdim edib.
Qol.Az-ın "Adidas"ın rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, top "Beau Jeu" (gözəl oyun) adlanır.
Qeyd edək ki, gələn il Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları 10 iyun - 10 iyul tarixində keçiriləcək. İlk dəfə olaraq turnirin final mərhələsində 24 komanda iştirak edəcək.
Fanat.az