Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək.

Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək.
16:23 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakıda III Mövsüm Səyahət Yarmarkası keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə üçüncü “Mövsüm Səyahət Yarmarkası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

2015-ci ilin 14 noyabr tarixində Bakı şəhərində yerləşən “Park Bulvar” ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə keçiriləcək “III Mövsüm Səyahət Yarmarkası”nda 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaq.

Tədbir çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkə daxili və xaricinə Yeni il turları da əldə edə biləcəklər.

Bununla yanaşı, tədbir zamanı konsert proqramlarının nümayişi nəzərdə tutulub. Belə ki, ABŞ-dan caz qrupunun ifası və məşhur müğənni Qabriel Stravelli və caz triosunun (Jim Riedl piano, Patrick O'Leary bas, İordaniya Young zərb alətləri) çıxışı olacaq.

“III Mövsüm Səyahət Yarmarkası” saat 12:00-dan 20:00-dək fəaliyyətini davam etdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2455602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR