Konstitusiyamız respublikamızın sürətli inkişafında hüquqi baza rolunu oynayır

Konstitusiyamız respublikamızın sürətli inkişafında hüquqi baza rolunu oynayır
16:23 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa moda maqnatı rolunu oynayır - FOTO (18 May 2017 13:12)
"Nazlı" romantik komediya filminin təqdimatı - FOTO (27 Aprel 2017 14:42)


Naxçıvan, 12 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində Konstitusiya Gününə və Milli Fəaliyyət Proqramının 2015-ci ildə icra vəziyyətinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə edib.
Bildirilib ki, Konstitusiyanın qəbulu ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan verib. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il iyunun 18-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il dekabrın 27-də imzaladığı Sərəncam ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinin daha səmərəli təşkilinin konsepsiyasını müəyyən edib.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən islahatların, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirildiyini bildirən Ülkər Bayramova deyib ki, muxtar respublikada insan hüquqları daim diqqət mərkəzində saxlanılır, Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıl davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Azərbaycan Respublikası Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu” mövzusunda məruzə edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilib. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvanın muxtariyyəti özünəməxsusluğu ilə fərqlənir. İlk fərq ondan ibarətdir ki, bu, milli yox, ərazi muxtariyyətidir. Yəni Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən tam təcrid olunmuş “anklav” ərazi kimi geopolitik əsasa görə yaranıb.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyətinin ən mühüm özünəməxsusluğundan biri də onun statusunun təkcə milli qanunvericiliklə yox, həm də beynəlxalq müqavilələrlə (16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars) təsdiq edilməsi və ona beynəlxalq hüquqi təminat verilməsidir. 1995-1999-cu illər Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi baxımından əlamətdar olub. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1998-ci il aprelin 28-də qəbul olunduğunu və bu Konstitusiyanın 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildiyini diqqətə çatdıran Cəlil Rüstəmov bildirib ki, Naxçıvanın dövlətçilik tarixində ilk dəfə olaraq hamılıqla qəbul edilən, ideoloji əsaslardan arındırılmış, demokratik prinsip və dəyərlərə uyğun qəbul edilən bu Konstitusiya muxtariyyət tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bütün sivil və müasir konstitusiyalar kimi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da insan və vətəndaş hüquq və azadlıqlarına təminat verib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında heç bir maddə Azərbaycan dövlətinin unitarlıq prinsipi ilə ziddiyyət təşkil etmir. Əksinə, Naxçıvanın coğrafi-siyasi mövqeyinə və demokratik prinsiplərə uyğun gəlməklə onun ölkə ərazisi kimi mövcudluğunu hüquqi cəhətdən müəyyən edir, idarəçilikdə operativ qərarlar qəbul etməyə imkan verir. Digər tərəfdən Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyi üçün təminat olmaqla, Naxçıvanın inkişaf etməsinin əsas şərtlərindən biridir.
Diqqətə çatdırılıb ki, Əsas Qanunumuz müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, respublikamızın sürətli inkişafında və beynəlxalq aləmdə nüfuzunun artmasında hüquqi baza rolunu oynayır. Odur ki, Konstitusiyanın qəbulu günü dövlət bayramı kimi xalqımız tərəfindən böyük sevinclə qeyd olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Polad Həsənovun “Konstitusiya nəzarətinin mahiyyəti: Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi muxtar respublikada Konstitusiya nəzarətini həyata keçirən orqan kimi” və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun “Milli Fəaliyyət Proqramı: Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edən sənəd kimi” adlı məruzələri dinlənilib.
Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyevin, ədliyyə nazirinin müavini, baş ədliyyə müşaviri Elnur İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin çıxışları olub.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən böyüyü ayrılır

24 İyun 2017 19:57

Bu banklar bayramda da işləyəcəklər – SİYAHI - FOTO

24 İyun 2017 19:57

Brejnev milliyətcə kim olub?

24 İyun 2017 19:57

Boksçu Kamran Şahsuvarlı Avropa çempionatını gümüş medalla bitirib

24 İyun 2017 19:57

Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib

24 İyun 2017 19:53

İnsanların üz tutacağı Marsın yeni sirləri

24 İyun 2017 19:52

Ən bahalı əmlak bu ölkələrdə satılır

24 İyun 2017 19:52

Bakıda 415 manata görə sevgilisini öldürdü

24 İyun 2017 19:47

Ramazan ayı hansı gün sona çatır?

24 İyun 2017 19:47

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 19:42

Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir?

24 İyun 2017 19:42

"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO

24 İyun 2017 19:42

Qəzəbli fil nəqliyyat vasitələrinə hücum etdi -

24 İyun 2017 19:39

Gömrükçülərdən UĞURLU ƏMƏLİYYAT

24 İyun 2017 19:38

Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - REYTİNQ

24 İyun 2017 19:37

Fil festivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 19:37

Möcüzə cihaz: bunu taxan hər dildə DANIŞA BİLƏCƏK

24 İyun 2017 19:33

Olimpiya çempionu oteldə pozalar verdi - FOTO

24 İyun 2017 19:32

Gömrükçülər külli miqdarda qızıl müsadirə edib

24 İyun 2017 19:27

“The Black Eyed Peas” Bakıda - FOTO

24 İyun 2017 19:22

Bakıda Fernando Alonsonun cəriməsi 40 mövqeyə çatıb

24 İyun 2017 19:22

"Formula-1": Luis Hamilton birinci başlayacaq

24 İyun 2017 19:22

Ayaqlar üçün vanna

24 İyun 2017 19:22

"Trampın arvadı çox xoşuma gəlir" - Keçmiş baş nazirdən ŞOK AÇIQLAMA

24 İyun 2017 19:19

Trampın şəkli olan ALT PALTARLARI - FOTO

24 İyun 2017 19:18

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI

24 İyun 2017 19:17

Azərbaycan Ermənistanda sement istehsalını İFLİC ETDİ - FOTO

24 İyun 2017 19:12

Xolesterol səviyyəsini azaltmaq üçün 4 qida

24 İyun 2017 19:12

"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi uğurla başa çatıb (FOTO)

24 İyun 2017 19:08

Məhkumlar inanılmazı etdi -

24 İyun 2017 19:08

İsrail aviasiyası Suriya qoşunlarına zərbə endirib

24 İyun 2017 19:07

Seren Serengildən Kıvanç Tatlıtuğa CAVAB

24 İyun 2017 19:05

Hollandiyalı futbolçu "Qəbələ"də

24 İyun 2017 19:01

Türkiyədə ƏMƏLİYYAT - 7 PKK üzvü məhv edildi

24 İyun 2017 18:57

Acun Ilıcalı özünə 3 gün, 3 gecə toy edəcək - SEVGİLİSİ AÇIQLADI

24 İyun 2017 18:54

Şəkidə qəza törədən avtomobil aşdı - FOTO

24 İyun 2017 18:52

Formula 1 pilotlarının təsnifat mərhələsindən FOTOSESSİYA

24 İyun 2017 18:43

La Liqada uzaqları yaxın edən ən yaxşı 10 qol - VİDEO

24 İyun 2017 18:42

Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir

24 İyun 2017 18:36

Formula-1: Birinci sırada kim başlayacaq? - SİYAHI

24 İyun 2017 18:34

Formula 1 yarışlarında üçüncü sərbəst yürüş başa çatdı -

24 İyun 2017 18:34

Qumbara satan Pirallahı sakini YAXALANDI

24 İyun 2017 18:33

Formula1: Luis Hemilton sıralama turunun qalibi olub

24 İyun 2017 18:32

Formula 1 pilotlarının start düzülüşü müəyyənləşdi - SİYAHI

24 İyun 2017 18:29

Formula 1: Daniel Rikkardo sıralama turunu başa çatdıra bilməyib

24 İyun 2017 18:27

"Beşiktaş" "Real"ın futbolçusunu istəyir

24 İyun 2017 18:27

Bakıda qadın faciənin qurbanı oldu

24 İyun 2017 18:24

Qalmaqallı dərsliyə rəy verən ekspert mübahisələrə NÖQTƏ QOYDU

24 İyun 2017 18:23

Everestdə tapılan 10 nəfərin ölümünün sirləri - FOTO

24 İyun 2017 18:22

Prezident İlham Əliyev "FADA"-nın rəhbərini -

24 İyun 2017 18:14