AFFA Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun zədələnməsi ilə bağlı açıqlama verib

AFFA Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun zədələnməsi ilə bağlı açıqlama verib
16:27 12 Noyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasının düşərgəsində zədələnib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, kapitan yığmanın məşqi zamanı əzələsini dartıb. 
33 yaşlı müdafiəçi barədə qərar tibbi müayinədən sonra qəbul olunacaq. Hələlik müayinə nəticələri yığmanın həkimlərinə verilmədiyindən, Sadıqovun taleyinə aydınlıq gəlməyib. AFFA-dan bildirilib ki, hətta noyabrın 17-də Moldova ilə yoldaşlıq görüşündə meydana çıxmayacağı dəqiqləşsə belə, təcrübəli futbolçu yığmanın düşərgəsində saxlanıla bilər. 
"Qarabağ"ın mətbuat xidmətindən isə "Report"a verilən açıqlamada kapitanın 10 günədək yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Sadıqov millidə Moldova yığması ilə görüşü buraxacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inə qarşı keçirəcəyi oyunda isə onun çıxış edib-etməyəcəyi bilinmir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/affa-azerbaycan-yigmasi-kapitan-resad-sadiqov

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR