Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb
16:27 12 Noyabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Oktyabr ayında hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq, 153,63 manata çatıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 faizini, yəni 231 179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5 561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir. Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31 727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.
Bu ilin oktyabr ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 535 ailə və ya 4 faizə yaxın azalaraq 112 385-ə enib. Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486 078 nəfər olmaqla, 5,1 faiz (26 268 nəfər) azalıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı proqramının icrasında şəffaflığın təmin olunması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu dövlət yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlər ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğinin isə artmasına gətirib çıxarıb", - nazirlikdən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-unvanli-dovlet-sosial-yardimi-alan-ailelerin-sayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR