Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ombudsman: “İnanıram ki, İranda sabitlik bərqərar olunacaq” (VİDEO)

Ombudsman: “İnanıram ki, İranda sabitlik bərqərar olunacaq” (VİDEO)

Date: 12 November 2015 16:31

Son günlər İranda azərbaycanlıların təhqir olunmasına qarşı keçirilən etirazlara Ombudsman Elmira Süleymanova münasibət bildirib.

ANS TV-nin məlumatına görə, o, baş verən hadisələri İranda çaxnaşma yaratmaq isyənlərlə əlaqələndirib:

“Bu hadisə onu göstərir ki, bütün dünyada insan hüquqlarına yanaşma və onların hüquqlarının müdafiəsi üçün sərbəstlik yaranır. Təbii ki bu bir konfliktdir. Ola bilər kiminsə təxribatı olub. Amma onlar üzr də istədilər və bu problem həll olundu. İnanıram ki sakitlik bərqərar olunacaq”.

Xatırladaq ki, həmyerlilərimizin etiraz aksiyası keçirməsinə səbəb, yerli İranın “Kanal 2” (İRİB) yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsi olub. Verlişdə deyilib ki, “azərbaycanlıların ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər". Səsləndirilən bu fikirlərdən sonra İranda yaşayan azərbaycanlılar ayağa qalxıb.

Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.

İranda azərbaycanlıların ayağa qalxmasına səbəb olan proqram bağlanıb. ANS RESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Fitile" adlı proqram təhqirə yol verdiyi üçün İran Radio və Televiziya Qurumu tərəfindən yayından çıxarılıb.

Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib. "Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. Proqraam yayımdan çıxarılıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb".


Tags:  Ombudsman İnanıram İranda sabitlik bərqərar olunacaq VİDEO


RƏYLƏR


Top news