46 yaşlı kişi yolun ortasında can verdi

46 yaşlı kişi yolun ortasında can verdi
16:31 12 Noyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. Yolu keçmək istəyən 46 yaşlı kişi naməlum avtomobil tərəfindən vurularaq öldürülüb.

Şəki Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şəki şəhərində rayonun İnçə kənd sakini, 1969-cu il təvəllüdlü Mübariz Qurbanəli oğlu İsmayılov yolu keçmək istəyərkən hələlik istintaqla müəyyən edilməyən avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan Mübariz İsmayılov hadisə yerində ölüb. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Şəki Rayon Polis İdarəsində cinayət işi açılıb. Hazırda sürücünün müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Şəkidə piyadanın vurulması ilə nəticələnən sonuncu bədbəxt hadisə noyabr ayının 8-də baş verib. Şəki rayonunun Böyük Dəhnə kənd sakini 23 yaşlı Azər Məzahir oğlu Məmmədov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə yolun kənarı ilə qoyunları aparan 22 yaşlı rayonun Cəfərabad kənd sakini Şahmar Mehdiyevi vurub. Aldığı zərbədən Şahmar Mehdiyev hadisə yerində ölüb.

Azər Məmmədov könüllü şəkildə özü polisə gedərək hadisə barədə məlumat verib. Hadisə şahidləri Şahmar Mehdiyevin yanında daha bir nəfərin olduğunu bildirərək onun ağır vəziyətdə xəstəxanaya çatdırıldığını qeyd ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR