Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qanvermə aksiyalarında 51 mindən artıq könüllü donor iştirak edib

Date: 12 November 2015 16:33


Bakı, 12 noyabr, AZƏRTAC 
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 millilitr qan tədarük edilib. Aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə ediləcək.
 

Tags:  Qanvermə aksiyalarında 51 mindən könüllü donor iştirak edib


RƏYLƏR


Top news