Mədəniyyət və Turizm Nazirliyi: Namiq Qafarov vəzifəsinin öhdəsindən bacarıqla gəlib

Mədəniyyət və Turizm Nazirliyi: Namiq Qafarov vəzifəsinin öhdəsindən bacarıqla gəlib
16:37 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.
Şöbə müdiri N.Qafarovun dövlət qulluqçusu kimi öz işinin öhədindən layiqincə gəldiyini bildirib: "O, uzun illər mədəniyyət sahəsində çalışıb və vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Vəzifəsindən öz ərizəsinə uyğun olaraq gedib. Gələcəkdə arzusu olsa, nazirliyin strukturunda müvafiq işlə təmin oluna bilər".
V.Şıxməmmədov Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyinatı olmadığını da əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/medeniyyet-ve-turizm-nazirliyi-namiq-qafarov-vezifesinin-ohdesinden-bacariqla-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR