Bakının məhşur restoranında oturacaq qalmaqalı (FOTO)

Bakının məhşur restoranında oturacaq qalmaqalı (FOTO)
16:41 12 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "Tarqovı" kimi tanınan Nizami küçəsində fəaliyyət göstərən restoranlardan birinin küçəyə düzdüyü stollar yığışdırlıb.

ANS PRESS-in məlumatına görə, restoranın küçədəki oturacaqları bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BHİŞ) Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən götürülüb. Bu vaxt rəhbərlik və işçilər restoranın masalarının yığışdırılmasına mane olmaq istəyiblər və tərəflər arasında qarşıdurma yaşanıb.

Restoran əməkdaşlarını əsas narazı salan məqam belə bir addım atılacağı barədə xidmət müəsisəsinə əvvəlcədən heç bir xəbərdarlıq edilməməsidir. Onların sözlərinə görə, oturacaqları prezident İlham Əliyevin bir müddət əvvəl sahibkarlarla bağlı çıxışından sonra çıxarıblar.


Stollar yığışdırılan zaman


Məsələ ilə bağlı BHİŞ-in Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə bildirdi ki, departamentin həmin restoranla heç bir şəxsi ədavəti yoxdur:

"Bizim əməkdaşlarımızın həmin restoranın masalarını və oturacaqlarını yığışdırmasına səbəb onların vətəndaşların sərbəst hərəkətinə maneçilik törətməsidir. Əgər onlara qanuni şəkildə icazə verilsəydi, onlar bu fəaliyyət növü ilə məşğul ola bilərdilər. Lakin həmin restorana küçədə fəaliyyət göstərilməsi ilə bağlı heç bir razılıq verilməyib. Həmin şəxslər də prezidentin sahibkarların işinə mane olmamaq barədə göstəriş verməsindən sui-istifadə edərək belə bir yola əl atıblar. Küçənin ortasında belə bir fəaliyyət Bakı şəhərinin abadlıq və quruculuq işlərinə kölgə salır. Bu cür qanunsuz fəaliyyətlə məşğul olan digər obyektlər də olduğu halda müəyyən ediləcək və əvvəl bildiriş göndəriləcək. Daha sonra isə BHİŞ tərəfindən fəaliyyətinə son qoyulacaq".

Xatırladaq ki, baş verən mübahisələr zamanı restoranın inzibatçısı polisə müqavimət göstərdiyi üçün Səbail Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və restoranın isə 80 manat məbləğində cərimə olunması barədə akt tərtib olunub.




Stollar yığışdırılan zaman (FOTO: virtualaz.org)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR