Azərbaycan Prezidentinə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub

Azərbaycan Prezidentinə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
16:47 12 Noyabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib. "Report" xəbər verir ki, BMT ilə uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib. 
Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak etdiyini böyük ehtiramla xatırlayan Babatunde Osotimehin Azərbaycanın insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib. 
Ölkənin əlverişli coğrafi mövqeyinə və əldə etdiyi uğurlara toxunan qonaq Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib. Təmsil etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Babatunde Osotimehin birgə proqramların hazırlanılmasının və BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkəmiz ilə təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını deyib.
Dövlət başçısı ölkə haqqında və əldə olunan nailiyyətlərlə bağlı dediyi xoş sözlərə görə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinə təşəkkürünü bildirib. 
Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib. Sosial siyasətin icra olunmasında iqtisadiyyatın rolunu xüsusi qeyd edən dövlət başçısı bildirib ki, güclü iqtisadiyyat olmadan sosial proqramların həyata keçirilməsi mümkün deyildi. 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb. 
Səhiyyə sahəsində islahatlara toxunan dövlət başçısı ölkədə 500-dən artıq müasir xəstəxananın inşa olunaraq ən yeni tibbi avadanlıqla təchiz edildiyini, hər il milyonlarla insanın pulsuz tibbi müayinə olunduğunu vurğulayaraq bütün bunları ölkədə həyata keçirilən sosial siyasətin əhəmiyyətli bir hissəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib.
Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı Prezident İlham Əliyevə təqdim edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

27 İyul 2017 22:57

Wikileaks dünyanı sarsıdacaq sənədlər açıqladı

27 İyul 2017 22:52

Ağciyərləriniz sağlamdırmı? - Gəlin yoxlayaq

27 İyul 2017 22:52

İlanla oynadı, xəstəxanalıq oldu

27 İyul 2017 22:49

Azərbaycan HHQ üçün 10 təyyarə aldı

27 İyul 2017 22:48

Angelina Coli və Bred Pit nə üçün ayrılıb?

27 İyul 2017 22:45

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

27 İyul 2017 22:42

Ərəb ölkələri terrorçular siyahısını genişləndiriblər

27 İyul 2017 22:42

Allah Təala niyə bəzən mömin bəndəsini gecə ibadətindən məhrum edir?

27 İyul 2017 22:42

Qüdsdə yenidən ara qarışdı: 50 yaralı

27 İyul 2017 22:39

İstanbula şiddətli dolu düşüb - FOTO

27 İyul 2017 22:37

Trampın yaxın şərq üzrə müşaviri vəzifəsindən getdi

27 İyul 2017 22:32

Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...

27 İyul 2017 22:28

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı - TARİXİ SAZİŞ

27 İyul 2017 22:27

Yemişin hansı faydası və zərərləri var?

27 İyul 2017 22:22

“Saakaşvili üçün çox təəssüfləndim” - Gürcüstan prezidenti

27 İyul 2017 22:22

Venesuelada küçə etirazları qadağan olunub

27 İyul 2017 22:17

Azərbaycanda telekanal əməkdaşlarına hücum etdilər

27 İyul 2017 22:17

Sərnişin avtobusun 23 dəqiqə gecikməsinə səbəb oldu - VİDEO

27 İyul 2017 22:12

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

27 İyul 2017 22:12

Elektron ipoteka sistemi işə düşür - Avqustun 1-dən - VİDEO

27 İyul 2017 22:12

Bakının bu yerlərində də pulsuz “Wi-Fi” olacaq - VİDEO

27 İyul 2017 22:12

Səfərdə olan adam vaxtı daxil olduqda...

27 İyul 2017 22:12

Tovuzda qadın sirkə turşusu içdi

27 İyul 2017 22:09

Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz! - VİDEO

27 İyul 2017 22:05

Şou ulduzu kurortda erotik sessiyaya çəkildi - FOTO

27 İyul 2017 22:05

Bazarlarda qiymətlər bahalaşdı – Qiymətlər - VİDEO

27 İyul 2017 22:05

Bölgələrdə tikinti sektoru canlanıb - VİDEO

27 İyul 2017 22:05

Bakı bazarlarında ekzotik tərəvəzlər satılır - VİDEO

27 İyul 2017 22:05

Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi: sakinlər narazı qaldı -VİDEO

27 İyul 2017 22:05

Tovuz rayon sakini intihara cəhd edib

27 İyul 2017 22:02

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

27 İyul 2017 21:57

Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb

27 İyul 2017 21:57

FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"

27 İyul 2017 21:54

ARB TV-nin çəkiliş qrupuna hücum etdilər - "Qaqa, cavan oğlansan, sözün varsa..." - VİDEO - FOTO

27 İyul 2017 21:52

Südəmər uşağa ət, meyvə və yumurtanı nə zaman verməli?

27 İyul 2017 21:52

“Vicdan haqqı”nın aktyoruna protez qoyulub

27 İyul 2017 21:52

Simic kişinin ailəsinin onun barəsində bəd duası qəbul olunar

27 İyul 2017 21:42

WhatsApp yeni rekord vurdu

27 İyul 2017 21:42

Abxaziyada rusiyalıların olduğu təyyarə qəzaya uğradı, ölənlər var

27 İyul 2017 21:34

Məşhur müğənni çimərlikdə pərt oldu - FOTO

27 İyul 2017 21:32

Hər gördüyünüzə inanmayın!

27 İyul 2017 21:27

Kakao yağının bilinməyən faydaları

27 İyul 2017 21:22

Bu qidaları yeyin, xoşbəxt olun!

27 İyul 2017 21:20

Çin ordusunun 90 illiyini Bakıda qeyd etdilər

27 İyul 2017 21:19

Hava limanı yolunda qəza baş verib

27 İyul 2017 21:17

"Medeniyyet" TV-də yeni müsabiqə başlayır

27 İyul 2017 21:17

Zooparkda DƏHŞƏT: Bəbir uşağa hücum etdi

27 İyul 2017 21:13

Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO

27 İyul 2017 21:12

Hədisləri oxumaqla şəriətin hökmlərinə əməl etmək olarmı?

27 İyul 2017 21:12