Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
16:53 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistandaki_sulhmeramlilarimizin_bir_qrupu_Azerbaycana_qayidib-901411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR