Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı sülhməramlılar Əfqanıstandan qayıtdı

Azərbaycanlı sülhməramlılar Əfqanıstandan qayıtdı

Date: 12 November 2015 16:54

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir


Tags:  Azərbaycanlı sülhməramlılar Əfqanıstandan qayıtdı

RƏYLƏR


Top news