NTV telekanalına basqın edildi

NTV telekanalına basqın edildi
17:12 12 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin NTV telekanalı Ankara bürosunun binasına solyönlü, terrorçu Xalq İnqilab Qurtuluş Cəbhəsi Partiyasının üzvləri basqın edib.

Report xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 20-yə yaxın adam büronun binasına basqın edərək, əməkdaşlara güc tətbiq ediblər.

Onlar şəhərin Nene Hatun prospektindəki binanın üstünə "G-20, rədd ol! İnqilabçı partiya" yazılmış plakatı asıblar.

Hadisə yerinə gələn polis binaya daxil olaraq, aksiya iştirakçılarından 9 nəfəri tutub. Onlar Ankaradakı təhlükəsizlik şöbəsinə aparılıb.

Qeyd edək ki, Türkiyədə bu təşkilatın fəaliyyəti yasaqlanıb.

Məlumata görə, bir qrup "Doğan Xəbər Agentliyi"nin (DHA) Türkiyənin Mersin şəhərindəki bürosunun binasına da basqın etmək istəyib. Polis biri qadın olmaqla 6 nəfəri tutub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/381974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR