Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Serial aktyoru anasının qollarında dünyasını dəyişdi - foto

Serial aktyoru anasının qollarında dünyasını dəyişdi - foto

Date: 12 November 2015 17:16

ABŞ-lı aktyor Nateniel Marston düşdüyü avtomobil qəzasından 12 gün sonra dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 40 yaşlı Marston ağır yaralandığı üçün xəstəxanada müalicə aldığı günlərdə anası Elizabet bir an da olsun yanından ayrılmayıb. Edilən bütün cəhdlərə rəğmən aktyor dünən anasının qollarında dünyasını dəyişib.

Ana oğlunun ölüm xəbərini sosial şəbəkədə təsdiqləyib:

"Mənim sevimli oğlum dünən axşama qədər mübarizə apardı, amma qəzada aldığı yaralara dözə bilmədi".

Qeyd edək ki, N.Marston "As The World Turns" ("Dünyanın fırlandığı kimi") və "One Life to Live" ("Yaşamaq üçün bir həyat") serialları ilə məşhurdur.






Tags:  Serial aktyoru anasının qollarında dünyasını dəyişdi foto

RƏYLƏR


Top news