289,3 kilometr uzunluğunda yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub

289,3 kilometr uzunluğunda yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub
17:23 12 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Son illərdə yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə qurumun 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyilib.
Cəmiyyətin sədr əvəzi Saleh Məmmədov ötən illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla həyata keçirildiyini qeyd edib.
Vurğulanıb ki, həmin dövr ərzində 289,3 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub. Bundan əlavə, 12 yeni avtomobil körpüsü tikilib, 2-si təmir edilib, 2 tunel və 7 piyada keçidi istismara verilib.
Bu ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min kvadratmetr sahədə çala təmiri işləri yerinə yetirilib.
İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, cəmiyyətin tədbirlər planına uyğun olaraq bütün idarə və müəssisələrdə hazırliq işləri başa çatmaq üzrədir.
Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Həmçinin tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2893_kilometr_uzunlugunda_yeni_avtomobil_yollari_tikilib_yeniden_qurulub_temir_olunub-901428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR