Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arzu Əliyevanın filmi Fransa telekanalında - foto

Arzu Əliyevanın filmi Fransa telekanalında - foto

Date: 12 November 2015 17:26

Fransanın “TV5Monde” beynəlxalq televiziya kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.

Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli film faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilib. Çəkilişləri 14 ay davam edən filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi noyabrın 13-də yerli vaxtla gecə saat 01:30–da “TV5Monde” televiziya kanalında yenidən yayımlanacaq. Filmə noyabrın 15-dək kanalın internet saytında da baxmaq olar.

Azərtac




Tags:  Arzu Əliyevanın filmi Fransa telekanalında foto


RƏYLƏR


Top news